AZ

MY "Vulverhemton"un elitadan düşməsini gözləyir

"Vulverhempton"un yarımmüdafiəçisi Juan Qomes karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.

Fanat.Az "Caught Offside" portalına istinadən xəbər verir ki, onun xidmətində "Mançester Yunayted" maraqlıdır.

MY 27 yaşlı yarımmüdafiəçini bu yay komandadan ayrılacaq həmyerlisi Kazemironun yerinə gətirmək istəyir. Mançester təmsilçisi "canavarlar"ın mövsümün sonunda Premyer Liqanı düşməsini gözləyir ki, sözügedən oyunçunu münasib qiymətə ala bilsin.

Xatırladaq ki, Qomes cari mövsüm 35 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun müqaviləsinin müddəti 2030-cu ilin yayınadək nəzərdə tutulub.

Toğrul

Seçilən
12
2
fanat.az

3Mənbələr