AZ

Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb

Bakı. Trend:

Mayın 14-15-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinintəşkilatçılığı ilə Şuşada “Xarıbülbül” IX Beynəlxalq MusiqiFestivalı keçiriləcək.

Trend xəbər verir ki, builkifestival da maraqlı proqram və dünyanın müxtəlif ölkələrindənistedadlı incəsənət xadimlərinin təqdimatları ilə yaddaqalacaq.

Festivalın əsas məqsədlərindən biri mədəni dialoqun inkişafınatöhfə vermək və musiqicilər arasında yaradıcılıq mübadiləsinitəşviq etməkdir. Məhz bu səbəbdən zəngin mədəniyyət hadisəsi olan“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalına Azərbaycan ifaçıları vəmusiqi kollektivləri ilə yanaşı, ABŞ, Qazaxıstan, Özbəkistan,Türkmənistan, Yaponiya və digər ölkələrdən incəsənət nümayəndələridəvət alıb.

Festivala mayın 14-də Cıdır düzündəki konsertlə start veriləcək.Tədbir 2 gün ərzində Şuşanın bir sıra məkanlarını əhatə edəcək.

Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” MusiqiFestivalı 1989-cu ildən keçirilir. Festival həmin il mayayında məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin 100illik yubileyi ilə əlaqədar Ağdam rayonunun Abdal Gülablı kəndindəbaşlayıb, Şuşada davam edib və Ağdamda yekun konsertlə başaçatmışdı. 1990-cı ildən isə “Xarıbülbül” festivalı beynəlxalqstatus alıb. Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamdatəşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidədə keçirilib.

Vətən müharibəsindəki tarixi zəfərimizlə torpaqlarımızişğaldan azad olunduqdan sonra festival yenidən Şuşaya qayıdıb.Festivalın bəzi konsertləri Laçın şəhərində də olub.

Dünyanın bir çox ölkələrindən çoxsaylı musiqiçilərin iştiraketdiyi bu dostluq və musiqi bayramı mədəni irsimizin zənginənənələrinin qorunub saxlanılması ilə yanaşı, mədəniyyətlərarasıdialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir.

Seçilən
51
31
az.trend.az

10Mənbələr