AZ

BƏƏ Prezidenti Qətər əmiri ilə bölgədəki hərbi eskalasiyanın nəticələrini müzakirə etdi

BAKI, 31 mart. TELEQRAF

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Sani ilə görüşündə Yaxın Şərqdə hərbi eskalasiyanın regional və beynəlxalq təhlükəsizliyə təsirlərini müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə BƏƏ-nin "WAM" xəbər agentliyi məlumat yayıb.

Tərəflər bölgədəki son hadisələri, xüsusən də hərbi eskalasiyanı və onunbeynəlxalq dəniz təhlükəsizliyinə və qlobal iqtisadiyyata təsirlərini müzakirə ediblər.

Görüşdə həmçinin İranın BƏƏ, Qətər və regiondakı digər ölkələrin ərazilərinəhücumları da müzakirə edilib. Dövlət başçıları hər iki ölkənin öz təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq səylərini artıracaqlarını bildiriblər.

Seçilən
36
1
teleqraf.com

2Mənbələr