AZ

Koul Palmer Çelsi dən ayrılmağa hazırlaşır

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

"Çelsi"nin gənc ulduzu Koul Palmerin London klubundakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

Fanat.Az xəbər verir ki, "The Sun" nəşrinin yaydığı məlumata görə, "zadəganlar" növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməsə, Palmer yayda klubdan ayrılmaq niyyətindədir.

Hazırda Almaniya nəhəngi "Bayern Münhen" ingilis futbolçu ilə yaxından maraqlanan üç əsas klubdan biri kimi ön plana çıxıb. Cari mövsüm Premyer Liqada nümayiş etdirdiyi möhtəşəm performansla diqqət çəkən 21 yaşlı oyunçu Münhen təmsilçisinin transfer siyahısında ilk sıralardadır.

"Çelsi" rəhbərliyi isə öz əsas simasını itirməmək üçün turnir cədvəlindəki mövqeyini mütləq şəkildə yaxşılaşdırmalıdır.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
fanat.az

2Mənbələr