AZ

"Starlink" peyki kosmosda müəmmalı şəkildə parçalanıb

Bakı. Trend:

"Starlink" peyk internet əlaqəsi sistemi orbitdə baş verən“anomaliya” nəticəsində öz peyklərindən biri ilə əlaqəniitirib.

Trend xəbərverir ki, bu barədə "Starlink" şirkətinin "X" sosial şəbəkəsindəyayımlanan məlumatında bildirilir.

Məlumata görə, martın 29-da qeydə alınan insident zamanı, Yerdən560 kilometr aralıda mövqe tutan peyklə əlaqə kəsilib. Bildirilirki, aparılan təhlildən sonra təfərrüatları açıqlanmayananomaliyanın Beynəlxalq Kosmik Stansiya, onun heyəti və ya NASA-nın“Artemida-2” missiyasının planlaşdırılan uçuşu üçün yeni təhlükəyaratmadığı müəyyən edilib.

"Starlink"də bildiriblər ki, peyk və aşkar edilmiş qalıqlarınmüşahidəsi davam edir. Həmçinin qeyd olunur ki, "SpaceX" və"Starlink" komandaları ilkin səbəbi müəyyən etmək üçün fəal şəkildəçalışır və zəruri düzəlişlər operativ şəkildə həyata keçirəcək.

Məqalədə:
Seçilən
46
1
az.trend.az

3Mənbələr