AZ

4 min yaşı var, hələ də bar verir

Yunanıstanın Krit adasında yerləşən Ano Vouves kəndində dünyanın ən yaşlı ağaclarından biri hesab edilən zeytun ağacı minilliklərə meydan oxumağa davam edir. Metbuat.az xəbər verir ki, təxminən 4 min yaşı olan bu nadir təbiət abidəsi bu gün də məhsul verir və mövcudluğu ilə hər il minlərlə turistin diqqətini cəlb edir.

Alimlər ağacın dəqiq yaşını müəyyənləşdirməkdə çətinlik çəkirlər, çünki onun daxili hissəsi zamanla çürüyüb, lakin analizlər ən azı 2 min il yaşı olduğunu təsdiqləyir və real yaşının daha yüksək olduğunu, hətta 4 min ilə çatdığını düşünülür. Ağac özünü yeniləmə qabiliyyəti sayəsində quruluşunu dəyişərək həyatda qalır və yanğın, quraqlıq kimi çətin şərtlərə tab gətirir.

Seçilən
35
metbuat.az

1Mənbələr