AZ

Gəlin öz toyunda atəş açdı, bədəlini belə ödədi

Pakistanda gəlin toyu zamanı tapançadan atəş açıb.

Publika.az xəbər verir ki, bu barədə "Pakistan Today" nəşri məlumat yayıb.

Hadisə Ravalpindi şəhərində keçirilən toy mərasimində baş verib.

Məlumata görə, qonaqlardan heç kim gəlinin donunun qolunda gizlədilmiş kiçik tapançanı çıxarıb havaya atəş açacağını gözləmirmiş. Yaranan panika iştirakçıların qaçaraq dağılışmasına səbəb olub.

Yeni evlənənlər də qaçmağa çalışsalar da, hadisə yerinə gələn asayiş keşikçiləri gəlini saxlaya biliblər. Onun Şanza Şabbir olduğu müəyyən edilib və o, həbs olunub. Bəy Şəhriyar Əli isə hələ də gizlənməyi bacarır.

Seçilən
46
publika.az

1Mənbələr