AZ

Türkiyə millisinin baş məşqçisi oyun zamanı yıxıldı – Matç yarımçıq dayandı

Türkiyənin U-21 millisinin baş məşqçisi Egemen Korkmaz oyun zamanı səhhətində problem yaşayıb.

İdmanxeber.az xəbər verir ki, hadisə U-21 Avropa çempionatının seçmə mərhələsinin H qrupunun 6-cı turunda keçirilən Xorvatiya – Türkiyə matçında baş verib.

Görüşün 35-ci dəqiqəsində baş məşqçi Egemen Korkmaz qəfil yerə yıxılıb. Dərhal meydançaya daxil olan tibbi heyət mütəxəssisə ilkin tibbi yardım göstərib.

Daha sonra stadiona daxil olan təcili tibbi yardım avtomobili ilə Korkmaz xəstəxanaya aparılıb. Məlumata görə, türkiyəli mütəxəssisin huşu açıqdır 

Hadisədən sonra qarşılaşma 35-ci dəqiqədə dayandırılıb.

Seçilən
37
6
idmanxeber.az

10Mənbələr