AZ

"Milan" heyətini gənc istedadla gücləndirib -FOTO

İtaliya futbolunun nəhənglərindən olan "Milan" klubu heyətini yeni gənc istedadla gücləndirib.

Redaktor.az xəbər verir ki, İtaliya təmsilçisi Serbiyanın "Partizan" klubunda forma geyinən Andrey Kostiçin transferini uğurla yekunlaşdırıb.

"Qırmızı-qaralar" 19 yaşlı monteneqrolu forvardın keçidi üçün Belqrad klubuna 3.5 milyon avro təzminat ödəyəcək. Gənc hücumçunun rəsmən iyulun 1-dən etibarən "Milan"ın düşərgəsinə qoşulacağı planlaşdırılır.

Qeyd edək ki, müqavilənin şərtlərinə əsasən, "Partizan" futbolçunun gələcəkdəki növbəti satışından da əlavə 10 faiz pay almaq hüququna malik olacaq.

Milan

Seçilən
47
3
redaktor.az

4Mənbələr