AZ

Qətər əmiri və BƏƏ prezidenti regional vəziyyəti müzakirə edib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında görüş keçirilib.

TurkicWorld xəbər verir ki, görüş zamanı regionda və dünyada baş verən son hadisələr, eləcə də artan gərginliyin nəticələri müzakirə olunub.

Məlumata görə, tərəflər regionda təhlükəsizlik və sabitliyin qorunması üçün birgə koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Qətər əmiri qeyd edib ki, mövcud şəraitdə diplomatik həll yollarına üstünlük verilməsi və eskalasiyanın qarşısının alınması əsas prioritetdir.

Qətər tərəfinin açıqlamasına əsasən, görüşdə baş verən hadisələrin enerji təchizatına və qlobal bazarlara təsirləri də müzakirə edilib. Bildirilib ki, regionda davam edən gərginlik enerji bazarlarında balansın pozulması riskini artırır.

Tərəflər həmçinin münaqişələrin sülh yolu ilə həllinin vacibliyini qeyd edərək regional əməkdaşlığın genişləndirilməsinə çağırıblar.

Seçilən
14
turkic.world

1Mənbələr