Çinin avtomobil nəhəngi BYD xərcləri azaltmaq və səmərəliliyi artırmaq məqsədilə 100 min əməkdaşını ixtisar edib.
Far.Az xəbər verir ki, məlumata görə, 2025-ci ilin yekununda şirkətin işçi sayı 870 min nəfərə enib. Bu isə əvvəlki illə müqayisədə təxminən 10 faiz azalma deməkdir.
Şirkət ixtisarları restrukturizasiya, iş proseslərinin optimallaşdırılması və xərclərin azaldılması ilə izah edib.
Qeyd olunur ki, bu addım elektromobil bazarında artan rəqabət və qiymət müharibəsi fonunda atılıb. İstehsalçılar daha ucuz və texnoloji avtomobillər təqdim etmək üçün səmərəliliyi artırmağa çalışır.
Bildirilib ki, BYD-nin 2025-ci ildə xalis mənfəəti 326,2 milyard yuan (təxminən 45,6 milyard dollar) təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 19 faiz azdır. Azalma əsasən daxili bazarda qiymət təzyiqi və davam edən investisiyalarla əlaqələndirilir.