BAKI, TurkicWorld, Orxan Qədirzadə
Azərbaycan Korporativ İş Adamları Birliyi (AKİAB) və "Comelson" şirkətinin birgə təşkilatçılığı ilə 7-9 oktyabr 2026-cı il tarixlərində Bakının ən nüfuzlu məkanlarından biri olan "Baku Crystal Hall"da "Comelson Business Expo 2026" sərgisi baş tutacaq.
TurkicWorld xəbər verir ki, "Tanıtım, tərəfdaşlıq və inkişaf" devizi altında keçirilən bu beynəlxalq platforma ölkənin biznes ekosistemini bir araya gətirərək şirkətlərə öz məhsul və xidmətlərini peşəkar səviyyədə təqdim etmək üçün geniş imkanlar yaradacaqdır.
Üç gün davam edəcək sərgi çərçivəsində 200-dən çox şirkətin iştirakı, 15 000-dən artıq ziyarətçinin qəbulu və çoxsaylı dövlət qurumlarının təmsil olunması gözlənilir. Sərgi iştirakçılara təkcə brendlərini tanıtmaq deyil, həm də hədəf müştərilərlə birbaşa ünsiyyət qurmaq, B2B, B2G və B2C formatlı əlaqələr vasitəsilə yeni tərəfdaşlıqlar və investisiya imkanları əldə etmək şansı verəcəkdir. Bundan əlavə, tədbir bazarın, rəqiblərin və müasir trendlərin real mühitdə analiz edilməsi, satışların artırılması və korporativ imicin gücləndirilməsi üçün ideal məkan rolunu oynayacaq.
İştirakçılar üçün nəzərdə tutulan xüsusi paketlərə sərgi sahəsinin təchizatı ilə yanaşı, geniş media dəstəyi, monitorlarda loqoların yayımlanması, "Qala Gecəsi"nə dəvətnamə və tədbirdən sonra tərəfdaş şirkətlərlə əlaqələrin davam etdirilməsinə dəstək kimi xidmətlər daxildir. Sərgi çərçivəsində keçiriləcək forumlar, reportajlar və sosial media yayımları brendlərin daha geniş auditoriyaya çatmasına şərait yaradacaqdır. Sərgi barədə ətraflı məlumat almaq və gələcək biznes strategiyalarına dəyər qatmaq istəyən bütün sahibkarlar və şirkət rəhbərləri bu mühüm tədbirə dəvətlidir.
Məlumat üçün bildirək ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (TurkicWorld) və VOA Comelson Business Expo 2026- nın rəsmi media tərəfdaşıdır.