Türkiyədə daha bir bələdiyyə sədri saxlanılıb. Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Yerli KİV-in yazdığına görə, bu gün səhər saatlarında polis əməkdaşları Türkiyənin ən böyük şəhərlərindən olan Bursanın bələdiyyə sədri Mustafa Bozbeyi saxlayıb. O, cinayət törətmək məqsədilə qanunzsuz qruplaşma yaratmaqda və çirkli pulları yumaqda ittiham olunur. Hazırda polis əməkdaşları bələdiyyə sədrinin evində axtarış aparırlar. Mustafa Bozbeyin xanımı, qızı, gəlini və iki qardaşı da saxlanılıb.