AZ

Millətlər Liqası: Latviya və Lüksemburq C Divizionuna vəsiqə qazanıblar

Yazını böyüt
Yazını kiçilt

UEFA Millətlər Liqasında pley-off oyunlarının cavab görüşləri keçirilib.

Hafta.az xəbər verir ki, C və D Liqalarının son iki iştirakçısı bəlli olub.

Latviya öz meydanında Cəbəllüttariqə 1, Lüksemburq isə Maltaya 3 cavabsız qolla qalib gəlib.

Bununla da Latviya və Lüksemburq C, Cəbəlüttariq və Malta isə D Divizionunda mübarizə aparacaq.

Xatırladaq ki, martın 26-da gerçəkləşən Cəbəllüttariq - Latviya matçı 0:1, Malta - Lüksemburq görüşü isə 0:2 hesabı ilə yekunlaşıb.

 
Seçilən
14
5
hafta.az

6Mənbələr