AZ

Rasim Balayevin bu sözləri hər zaman yaddaşımızdadır

ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

“Əfsanəvi sənətkarımızı itirdik. Bütün Azərbaycan xalqına başsağlığı verirəm. Rasim Balayev bizim özümüz, simamız idi”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Təyyar Bayramov “Xəzər axşamı” verilişində deyib. O, mərhum Xalq artisti Rasim Balayevlə bağlı xatirəsini bölüşüb:

“Bir dəfə sənətə yeni başlayanda Əməkdar artistlər Babək Niftəliyev və İlkin Əhmədovla birlikdə el şənliyində idik. Rasim Balayev bizi üçümüzü də çağırdı və dedi ki, sözüm var. Birinci Muğam müsabiqəsi xalqımız tərəfindən çox gözəl qarşılanmışdı. Dedi ki, mən də sizin kimi bir gecədə tanınmışam. Bu çox gözəl bir haldır, amma çətin tərəfi də var. Sizə bir nəsihət versəm, qəbul edərsiniz? Dedi ki, çalışın beyniniz dumanlanmasın. Hər zaman xalqla olun və onların sevgisini qazanın. Özünüzdən əvvəl zəhmət çəkən sənətkarları, onların sadəliyini düşünün. O zaman bu həyatda uğur qazanacaqsınız. Rasim Balayevin bu sözləri hər zaman yaddaşımızdadır. Bu, bir ağsaqqal nəsihəti idi”.

Qeyd edək ki, R.Balayev bir neçə gün əvvəl İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
5
axsam.az

6Mənbələr