AZ

Azərbaycanın yeni İsveçrə si Şahdağ və Tufandağa rəqib gəlir

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Laçında yeni kanat yolunun tikintisi bölgənin turizm potensialının artırılması istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir. Bu cür infrastruktur layihələri əraziyə turist axınının artmasına, səfərlərin daha əlçatan və cəlbedici olmasına şərait yaradır. Kanat yolu həm yerli, həm də xarici turistlərin marağını artırmaqla bölgədə xidmət sektorunun, o cümlədən hotellər, restoranlar və digər turizm obyektlərinin inkişafına təkan verəcək. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən turizm eksperti Rəhman Quliyev bildirib ki, Qarabağ iqtisadi rayonunda və Şərqi Zəngəzurda genişmiqyaslı tikinti işləri davam edir. "İnsanlar tədricən öz dədə-baba yurdlarına qayıdır və bu ərazilərdə böyük turizm infrastrukturu formalaşdırılır. Bu proses həm yerli əhalinin məşğulluğunu artırır, yeni iş yerləri yaradır, həm də bölgənin gələcəkdə mühüm turizm destinasiyasına çevrilməsi üçün zəmin yaradır. Coğrafi relyef baxımından Laçın, Kəlbəcər və Zəngilan rayonlarında dağ-xizək kurort komplekslərinin və kanat xətlərinin yaradılması bölgə üçün yeni turizm imkanları açır. Bu layihələr həm paytaxtdan, həm də xarici ölkələrdən gələn turistlərin diqqətini cəlb edəcək. Nəticədə, ölkənin müxtəlif bölgələrindən və xaricdən turist axını artacaq, ziyarətçilər kanat xətlərindən və dağ-xizək komplekslərindən istifadə etmək üçün bu ərazilərə üz tutacaqlar".Ekspert bildirib ki, bölgədə çoxşaxəli turizm imkanları formalaşır. "Buraya termal və tibbi turizm, səyahət turizmi, dağ və qış turizmi daxildir. Eyni zamanda, kənd turizminin inkişafı üçün də geniş potensial mövcuddur. İndiyədək Azərbaycanda dağ-xizək kurortlarının sayı məhdud olub. Əsasən Şahdağ, Tufandağ və Naxçıvanda fəaliyyət göstərən komplekslərlə məhdudlaşırdı. Bu obyektlər daha çox yüksək seqmentə xidmət göstərdiyindən qiymətlər də nisbətən yüksək idi. İşğaldan azad olunmuş ərazilərdə yeni turizm komplekslərinin yaradılması isə bu sahədə rəqabəti artıracaq və turizmin yalnız qış mövsümü ilə məhdudlaşmamasına şərait yaradacaq. Bu, bölgədə ilboyu turizm fəaliyyətinin inkişafına ciddi təkan verəcək".Onun sözlərinə görə, ümumilikdə, Qarabağda üç beynəlxalq hava limanının Laçın, Füzuli və Zəngilan hava limanlarının inşası və istifadəyə verilməsi bölgəyə turist axınının artmasına mühüm töhfə verəcək. "Bu hava limanlarının beynəlxalq status daşıması xarici ölkələrdən və şəhərlərdən birbaşa uçuşların həyata keçirilməsinə imkan yaradacaq və bölgənin turizm potensialını daha da gücləndirəcək".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
5
demokrat.az

6Mənbələr