AZ

Arazın o tayında müharibə: Soydaşlarımızın aqibəti necə olacaq?

Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanlıların yaşadığı bölgələrdə sosial-iqtisadi və ictimai-siyasi vəziyyət heç də ürəkaçan deyil. Təbriz, Ərdəbil, Urmiya, Xoy kimi şəhərlərdə həyat əvvəlki ritmini qismən qorusa da, iqtisadi çətinliklər getdikcə dərinləşir. Mənbələrə görə, ərzaq və gündəlik tələbat mallarının qiyməti sürətlə artır, elektrik və qaz təchizatında fasilələr var. İşsizliyin səviyyəsi yüksəlir, maaşların verilməsində gecikmələr müşahidə olunur.

Bu faktorlar xüsusilə aşağı və orta gəlirli ailələr üçün ciddi sosial çətinlik yaradır. Bundan başqa İran azərbaycanlılarının siyasi mövqeyi fərqli istiqamətlər üzrə parçalanıb. Bu baxımdan bir neçə əsas tendensiya mövcuddur: Mövcud sistemə qarşı çıxan və dəyişiklik istəyənlər; Federal və ya daha geniş regional muxtariyyət tərəfdarları; Dünyəvi və demokratik idarəetmə modelini dəstəkləyənlər; Hakimiyyətə loyal olan azsaylı qrup Bəzi mənbələrə görə, gənc nəsil arasında dünyəvi dövlət və sosial rifah tələbləri daha çox ön plana çıxır.

Müxalif düşərgədə Reza Pahlavi adı tez-tez çəkilir. Bəzi azərbaycanlılar onu keçid dövrünün qəhrəmanı kimi qəbul edir və mümkün siyasi dəyişikliklərdə rol oynaya biləcəyini düşünürlər. Eyni zamanda, müəyyən bir qrup “nə şah, nə şeyx” şüarı ilə çıxış edərək həm mövcud teokratik sistemi, həm də monarxiya ideyasını rədd edir.

Sosial-iqtisadi çətinliklər, informasiya məhdudiyyətləri və siyasi qeyri-müəyyənlik fonunda əhalinin gözləntiləri artır, lakin bu gözləntilər vahid istiqamətdə cəmlənmir.

Nəticə olaraq, azərbaycanlı icması ölkə daxilində baş verən proseslərin mühüm iştirakçısı olaraq qalır. Lakin onların gələcəkdə hansı siyasi xətti dəstəkləyəcəyi, həm daxili faktorlar, həm də regiondakı geosiyasi dəyişikliklərdən asılı olacaq. Bu isə vəziyyətin inkişafını proqnozlaşdırmağı çətinləşdirən əsas amillərdən biridir. Qeyd edək ki, İranda yaşayan türklərin ümumi sayı təxminən 20.718.290 nəfərdir. Onların təxminən 19.086.856 nəfəri azərbaycanlıdır. İran əhalisinin ümumi sayı 80.528.000 nəfərdir. Bu isə o deməkdir ki, İranda əhalinin təxminən 25 faizi türklərdir...Cənubi Azərbaycanı təşkil edən Ərdəbil, Həmədan, Qərbi Azərbaycan, Qəzvin, Şərqi Azərbaycan, Zəncan ostanlarının ümumi ərazisi 139.938 km, əhalisi 12.630.000 nəfərdir. İranın ümumi ərazisi 1.648.195 km-dir. Cənubi Azərbaycan ərazi baxımından İranın 8.5 faizidir. M. Həsənli

AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
53
1
azvision.az

2Mənbələr