AZ

Fidan və Umerov Ankarada Ukrayna böhranını müzakirə ediblər

Fidan və Umerov Ankarada Ukrayna böhranını müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla görüşüb.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. Bildirilir ki, tərəflər Ukraynadakı münaqişənin nizamlanması yollarını nəzərdən keçiriblər.

Rüstəm Umerov həmçinin Türkiyə Prezidentinin xarici siyasət üzrə baş məsləhətçisi Akif Çağatay Kılıçla da bir araya gəlib. Görüşdə ikiölkəli münasibətlərin cari vəziyyəti, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq imkanları ətraflı müzakirə olunub. Türkiyə tərəfi bir daha Rusiya və Ukrayna arasında birbaşa danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu bəyan edib.

Seçilən
66
afn.az

1Mənbələr