Bakı.Trend:
Sabunçu rayonunun bəzi ərazilərində işıq təminatında fasiləyaranacaq.
Bu barədə Trend-ə“Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, aprelin 1-də Sabunçu Rayon Enerji Təchizatı vəSatışı İdarəsinin (RETSİ) ərazisində təmir işləri həyatakeçiriləcək.
Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Sabunçuqəsəbəsi, Elşən Mehdiyev küçəsinin bir hissəsində, Şəhər şossesi 1,2 və 3-cü döngələrdə elektrik enerjisinin verilişində məhdudiyyətyaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər dahakeyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.