AZ

Şimali Koreyanın İranın raket potensialının bərpasına dəstək verdiyi iddia olunur

Tehran və Pxenyan arasında hərbi-texnoloji əməkdaşlığın genişlənir...

Poliqon xəbər verir ki, İsrailin “9-cu kanal”ı ekspertlərə istinadən bildirib, İranın son dövrlərdə İsrailə qarşı istifadə etdiyi silahların bir hissəsi Şimali Koreya mənşəli ola bilər. Məlumata görə, Tehran ilə Pxenyan arasında müdafiə sahəsində əməkdaşlıq yeni mərhələyə keçib və bu, təkcə hazır silahların tədarükü ilə məhdudlaşmır.

Ekspertlərin qiymətləndirməsinə əsasən, tərəflər arasında texnologiya transferi də həyata keçirilir, xüsusilə raketlərin dəqiqliyini və uçuş məsafəsini artıran elektron komponentlərin ötürülməsi diqqət çəkir. Bildirilir ki, İranın bəzi raket sistemləri Şimali Koreya modellərinin modernləşdirilmiş versiyalarıdır və KXDR-nin raket və kosmik sınaqlar sahəsindəki təcrübəsi İslam Respublikasının hərbi proqramlarında istifadə olunur.

Analitiklər vurğulayır ki, bu əməkdaşlıq qarşılıqlı fayda prinsipi əsasında qurulub: İran KXDR-ni maliyyə resursları və enerji daşıyıcıları ilə təmin edir, əvəzində isə hərbi texnologiyalara çıxış əldə edir. Xüsusilə uzaqmənzilli raketlərin hazırlanması və nüvə texnologiyaları sahəsində bilik mübadiləsi ehtimalı beynəlxalq ictimaiyyətdə narahatlıq doğurur.

Həmçinin qeyd olunur ki, xarici dəstək İranın raket potensialını daha sürətlə bərpa etməsinə imkan verir. Şimali Koreyadan gətirilən bəzi komponentlərin gizli və ya müvəqqəti istehsal sahələrində istifadə oluna biləcəyi, bu isə onların aşkarlanmasını çətinləşdirdiyi bildirilir.

Poliqon.info

Seçilən
38
poliqon.info

1Mənbələr