AZ

Polşada müharibə hazırlığı: İrimiqyaslı təlimlər keçiriləcək

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Polşa yaxın günlərdə müharibənin başlanğıc ssenarisinin məşqini keçirəcək.

Oxu.Az xəbər verir ki, bu barədə "Rzeczpospolita" nəşri məlumat yayıb.

Bildirilib ki, "Kraj" adlı təlimlərdə ölkə rəhbərliyi iştirak edəcək. Bu təlimlər çərçivəsində müharibə şəraitində dövlətin fəaliyyətinin necə işlədiyi yoxlanılacaq.

Qeyd olunur ki, Varşavanın kimə qarşı hazırlaşdığı açıqlanmır. Təlimlərin ssenarisi, tarixi və keçirilmə yeri məxfi saxlanılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
oxu.az

1Mənbələr