Microsoft Windows-u “təmizləməyə” və sistem tətbiqlərini yeniləməyə hazırlaşır.
İnterpress.az xəbər verir ki, bu barədə “Texnoloji xəbərlər” məlumat yayıb.
Microsoft korporasiyası Windows əməliyyat sistemindəki çatışmazlıqları aradan qaldırmaq üçün ciddi addımlar atmağa qərar verib.
Şirkət Windows-u optimallaşdırmaq, standart tətbiqləri yenidən yazmaq və veb-əsaslı tətbiqlərdən imtina etmək niyyətindədir.
Hazırda Microsoft-un aparıcı memarı Rudi Heyn bunun üçün xüsusi komanda formalaşdırır. Komandanın əsas vəzifəsi Windows 11-in sistem tətbiqlərini “nativ” (yerli) formata çevirmək və əməliyyat sistemini daha istifadəçi dostu görünüşə qaytarmaqdır.
Planlara “Fayl bələdçisi” (Explorer), kontekst menyuları və “Başlat” (Start) menyusunun sürətləndirilməsi daxildir.
Mütəxəssislər bildirirlər ki, əgər bu dəyişikliklər uğurla həyata keçirilərsə, Windows-un operativ yaddaş (RAM) istehlakı əhəmiyyətli dərəcədə azalacaq və sistemin ümumi performansı yüksələcək.
Xuraman Etibarlı
İnterpress.az