2026-cı ilin fevral ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 884 795 nəfər təşkil edib. Bu, yanvar ayı ilə müqayisədə 2 628 nəfər çoxdur.
"Unikal" xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, fevral ayında sosial müavinət alanların sayı 477 514 nəfər olub ki, bu da yanvar ayı ilə müqayisədə 2 180 nəfər artım deməkdir (yanvarda 475 334 nəfər). Təqaüd alanların sayı isə 407 281 nəfər olub. Bu göstərici yanvar ayı ilə müqayisədə 448 nəfər artıb (yanvarda 406 833 nəfər).
Beləliklə, həm sosial müavinət, həm də təqaüd alanların sayında fevral ayında müsbət dinamika müşahidə olunub.
Qeyd edək ki, 2025-ci ilin dekabr ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 877,7 min nəfərdən çox olub.
Onların 471,1 min nəfərdən çoxunu aylıq sosial müavinət, 406,6 min nəfərdən çoxunu isə təqaüd alanlar təşkil edib.