AZ

ABŞ Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmisini göndərir

Bakı. Trend:

ABŞ Yaxın Şərqə “USS George HW Bush” təyyarədaşıyan gəmisinigöndərir və bununla da bölgədə eyni vaxtda üç Amerikatəyyarədaşıyan gəmisinin yerləşdirilməsi qeyri-adi vəziyyətyaradır.

Trend xəbər verirki, bu barədə “The Wall Street Journal” Amerika rəsmilərinəistinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, təyyarədaşıyan gəmi çərşənbə axşamıVirciniya ştatındakı Norfolk Hərbi Dəniz Stansiyasından yola çıxıb.Gəmi artıq bölgədə olan “Abraham Lincoln” zərbə qrupu iləbirləşəcək və Xorvatiya limanında təmir olunan “Gerald R.Ford”gəmisinə qoşulacaq.

Bu yerləşdirmə ABŞ Prezidenti Donald Trampın İrana qarşı əlavəhərbi variantları nəzərdən keçirdiyi bir vaxta təsadüf edir. Ötənhəftəsonu isə Yaxın Şərq sularına dəniz ekspedisiya bölməsinidaşıyan desant gəmiləri daxil olmuşdu.

Seçilən
18
3
az.trend.az

5Mənbələr