AZ

Sabahdan sosial pensiyalar 6,8 faiz artır



Rusiyada sosial pensiyalar 1 aprel 2026-cı il tarixindən etibarən 6,8% indeksləşdirilib.

Newscenter.az TASS-a istinadən bildirir ki, beləliklə, orta pensiya 16 569 rubl təşkil edib. Nəticə etibarilə sosial pensiyalar üçün indeksasiya əmsalı 1 aprel 2026-cı il tarixindən etibarən 1.068 məbləğində təsdiq edilib.

Qərar 1 aprel 2026-cı il tarixindən qüvvəyə minir.

Daha əvvəl Prezident Akademiyasının eksperti Tatyana Podolskaya TASS-a bildirib ki, indeksasiyadan sonra orta sosial pensiya 16.569 rubl təşkil edəcək.

Sosial pensiya, ən azı 15 illik iş təcrübəsinin və 30 pensiya balı olmaması səbəbindən sığorta pensiyası almaq hüququ olmayan əlil vətəndaşlara verilir. Ödənişlər əlillik, ailə başçısını itirmiş uşaqlar və yetimlər üçün də nəzərdə tutulur.

Anar
Seçilən
32
1
newscenter.az

2Mənbələr