AZ

Fransalı Rafael Fiziyevə meydan oxudu: "Bakıda döyüşək!"

UFC döyüşçüsü Fares Ziyam yüngül çəki dərəcəsində mübarizə aparan azərbaycanlı idmançı Rafael Fiziyevə növbəti döyüş üçün çağırış edib.

Fanat.Az xəbər verir ki, fransalı idmançı özünün rəsmi "Instagram" səhifəsində Fiziyevin ünvanına hörmət dolu ifadələr işlədərək, onu iyunun sonunda Bakıda qarşılaşmağa dəvət edib.

Ziyam paylaşımında UFC rəsmisi Şon Şelbi və məşhur menecer Əli Abdeləzizi də etiketləyərək, artıq bu döyüş üçün tam hazır olduğunu və rəsmi təklif gözlədiyini bildirib. Hazırda Rafael Fiziyevin bu təklifə necə reaksiya verəcəyi idman ictimaiyyəti tərəfindən böyük maraqla gözlənilir.

Peşəkar karyerasında 12 qələbə və 3 məğlubiyyəti olan Fiziyev son illərdə nümayiş etdirdiyi baxımlı döyüşləri ilə tanınsa da, 16 qələbəsi olan Ziyamın bu çağırışı turnir planlarını ciddi şəkildə dəyişə bilər.

Əgər UFC rəhbərliyi bu təklifi müsbət dəyərləndirərsə, iyun ayında paytaxtımızda təşkil olunacaq döyüş gecəsi Azərbaycan idman tarixinə düşəcək ən böyük hadisələrdən biri olacaq.

Kamil Xudiyev

Seçilən
27
fanat.az

1Mənbələr