AZ

Büdcəni artıra bilmirlər, maliyyə vəziyyətə pisdir - Ayrılıq qərarı qapıda

“Nyukasl”ın baş məşqçisi Eddi Hounun komandadakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, yaxın günlərdə klub rəhbərliyi ilə ingiltərəli mütəxəssis arasında görüş keçirilib.

Görüşdə komandanın inkişaf istiqamətləri və yay transfer dövrü üçün strategiya müzakirə olunub.

“Sağsağanlar” mövsümün sonunda avrokuboklara vəsiqə qazana bilməsə, Hou klubdan ayrılmağa yaxın ola bilər.

Rəhbərlik baş məşqçiyə hazırkı büdcənin heyəti ciddi şəkildə gücləndirməyə imkan vermədiyini, xüsusilə də, aparıcı oyunçuların mümkün gedişi fonunda vəziyyətin çətin olduğunu çatdırıb.

Bununla yanaşı, komanda növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazanarsa, vəziyyətin dəyişə biləcəyi vurğulanır.

Həmçinin, bildirilir ki, Hou klubun bu mövqeyindən narazı qalıb və qarşıya qoyulan hədəflər yerinə yetirilməyəcəyi təqdirdə, gələcəyi ilə bağlı ciddi düşünməyə başlayacaq.

48 yaşlı çalışdırıcı 2021-ci ildən “Nyukasl”ı çalışdırır. O, bu müddətdə komanda ilə 224 oyuna çıxıb, 114 qələbə qazanıb, 42 heç-heçə edib və 68 məğlubiyyətlə üzləşib.

Onun komandası hazırda İngiltərə Premyer Liqasında 31 turdan sonra 42 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Seçilən
21
sportinfo.az

1Mənbələr