AZ

Montella göz yaşlarını saxlaya bilmədi: "Bu, mənim karyeramın zirvəsidir!"

Türkiyə milli komandası səfərdə Kosovonu 1:0 hesabı ilə məğlub edərək 24 ildən sonra yenidən FİFA Dünya Çempionatına vəsiqə qazanıb.

Fanat.Az xəbər verir ki, tarixi qələbədən sonra baş məşqçi Vinçentso Montella sevincini bu sözlərlə ifadə edib:

"Duyğu anlamında zirvəni yaşayıram. Əcnəbi məşqçi kimi həm Avropa Çempionatına, həm də Dünya Çempionatına qatılan ilk mütəxəssis oldum. Bunu kəlmələrlə izah edə bilmirəm. Əgər işlər istədiyimiz kimi getməsəydi, oyunçularıma qalxan olub bütün məsuliyyəti öz üzərimə götürərdim. Bu peşə ilə məşğul olan kim olursa olsun, Dünya Çempionatı xəyalını arzular. Bu xəyala çatdığımız üçün çox xoşbəxtik. İnanılmaz bir duyğudur bu, kəlmələrlə təsvir edə bilmirəm. Dünya Çempionatı zirvədir. İnanılmaz olacaq".

Türkiyə seçməsi Kərəm Aktürkoğlunun qolu ilə rəsmiləşən bu uğurdan sonra artıq turnirin hazırlıq planlarına start verib.

Kamil Xudiyev

Seçilən
1
1
fanat.az

2Mənbələr