AZ

Hansı ölkələr C Liqasında qaldı? - Millətlər Liqasında İKİ NƏTCƏ

Millətlər Liqasının növbəti 2026/27 mövsümü üçün C və D divizionlarına yerlər uğrunda cavab oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Lüksemburq ilk oyunda səfərdə 2:0 hesabı ilə qalib gəldiyi Maltanı bu dəfə evdə 3:0 hesabı ilə məğlub edib.

İki matçın cəmində Lüksemburq 5:0 hesablı qələbə qazanıb.

Latviya isə ardıcıl ikinci dəfə Cəbəllütariqi 1:0 hesabı ilə üstələyib.

Beləliklə, Latviya C Liqasının 2-ci qrupunda Ermənistan, Monteneqro və Kiprlə, Lüksemburq C Liqasınn 4-cü qrupunda Estoniya, İslandiya və Bolqarıstanla oynayacaq.

Cəbəllütariq və Malta isə D Liqasının 1-ci qrupunda Andorra ilə birgə mübarizə aparacaqlar.

Lüksemburq - Malta - 3:0

Qollar: Tiel, 20, Sinani, 51, De Sousa, 70.

İlk oyun - 2:0

Latviya - Cəbəllütariq - 1:0

Qol: Çernomordijs, 90+3.

İlk oyun - 1:0

Seçilən
36
sportinfo.az

1Mənbələr