AZ

Rusiya ordusunda həyəcan: Krım üzərində An-26 yoxa çıxıb

Krım üzərində Rusiyaya məxsus An-26 hərbi-nəqliyyat təyyarəsinin itib-batması ilə bağlı məlumat yayılıb.

Musavat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi təyyarə ilə əlaqənin planlı uçuş zamanı qəfil kəsildiyini açıqlayıb.

Bildirilib ki, təyyarədə olan ekipaj üzvlərinin taleyi hələlik naməlum olaraq qalır. Hadisənin baş verdiyi ehtimal olunan əraziyə dərhal axtarış-xilasetmə qrupları göndərilib.

İlkin məlumatlara görə, An-26 planlı uçuş həyata keçirirmiş, lakin müəyyən mərhələdə radarlardan itib və onunla əlaqə tamamilə kəsilib.

 

Musavat.com

Seçilən
39
musavat.com

1Mənbələr