AZ

Krımda dəhşətli TƏYYARƏ QƏZASI

Krım yarımadası ərazisində "An-26" hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğrayıb.

Publika.az MK-ya istinadla xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi təyyarənin qəzaya uğradığı yerin aşkarlandığını rəsmən təsdiqləyib.

Aviasiya qəzası nəticəsində göyərtədə olanların hamısı həlak olub: faciənin qurbanları 23 sərnişin və 6 heyət üzvü olub.

Planlaşdırılmış uçuşu həyata keçirən hava gəmisi ilə əlaqə 31 mart, çərşənbə axşamı, Bakı vaxtı ilə saat 19:00 radələrində kəsilib. Təyyarə radarlardan itdikdən dərhal sonra hadisə zonasına axtarış-xilas etmə bölmələri göndərilib.

Hərbi qurumdan dəqiqləşdirilib ki, hazırda qəza yerində hadisələrin xronologiyasını ətraflı şəkildə bərpa edəcək xüsusi komissiya işləyir. Ekspertlərin ilkin məlumatlarına görə, təyyarə xaricdən hər hansı atəşə məruz qalmayıb, bu isə baş vermiş hadisədə texniki nasazlıq versiyasını ön plana çıxarır.

Seçilən
45
8
publika.az

10Mənbələr