BAKI, 1 aprel. TELEQRAF
2026-cı ilin iyun ayı üçün qızıl fyuçerslərinin "Comex" birjasında qiyməti 19 martdan sonra ilk dəfə olaraq 4 750 ABŞ dollarını ötüb.
Teleqraf xəbər verir ki, Bakı vaxtı ilə saat 04:30-a olan məlumatlara görə, qızılın qiyməti 4,23% artaraq 4 750,5 ABŞ dollarına çatıb.
Bir neçə dəqiqə sonra, saat 03:45-də fyuçersin qiymət artımı yavaşlayıb və 4 736,5 ABŞ dolları səviyyəsində (+3,93%) sabitləşib.