AZ

Onların ailələrinə hər ay 700 manat veriləcək

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Prezident İlham Əliyevin imzaladığı yeni fərmanla minatəmizləmə fəaliyyəti zamanı həlak olan şəxslərin ailələrinə dövlət tərəfindən xüsusi maddi dəstək mexanizmi yaradılıb. Bu qərar həm gələcəkdə baş verə biləcək bədbəxt hadisələrə, həm də fərman qüvvəyə minənə qədər həyatını itirmiş minatəmizləyənlərin ailələrinə şamil olunur.Demokrat.az bildirir ki, qərara əsasən şəhid olan və ya aldığı xəsarət nəticəsində dünyasını dəyişən minatəmizləyənlərin ailə üzvləri üçün aylıq 700 manat məbləğində Prezident təqaüdü ayrılıb. Bu vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödəniləcək. Təqaüd ailə üzvləri arasında bərabər paylanır.Ödənişi alacaq şəxslərin siyahısına həyat yoldaşı, valideynlər, 18 yaşına qədər olan övladlar və müəyyən şərtlər daxilində təhsil alan 23 yaşınadək gənclər daxildir. Həmçinin himayəsində başqa kimsəsi olmayan nənə və babalar da bu hüquqdan yararlana biləcək.Hüquqi baxımdan bu sənəd minatəmizləyənlərin riskli əməyinin dövlət səviyyəsində yüksək qiymətləndirilməsi və onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədini daşıyır. Nazirlər Kabineti fərmanın icrası ilə bağlı texniki və maliyyə məsələlərinin tənzimlənməsini həyata keçirəcək.Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
50
demokrat.az

1Mənbələr