Bakı. Trend:
2025-ci ildə Çexiyada 77,6 min uşaq dünyaya gəlib ki, bu daqeydə alınan tarixdə ən aşağı göstəricidir.
Trend xəbər verirki, bu barədə Çexiya Statistika İdarəsi məlumat yayıb.
2024-cü illə müqayisədə respublikada doğum səviyyəsi 6,7 minnəfər azalıb.
Agentliyin qeyd etdiyinə görə, ötən il nikahların sayı da 1.900azalaraq 42.500-ə düşüb. Bu, 2013-cü ildə qeydə alınan 43.500cütlüyün minimum göstəricisini aşıb və Birinci Dünya Müharibəsindənbəri ən aşağı səviyyədir.
Çexiya Statistika İdarəsinin məlumatına görə, 2025-ci ildəölkədə 21.200 nikah pozulub ki, bu da 2024-cü illə müqayisədə 400daha çoxdur. Boşanmalar 20.300-dən çox uşağa təsir edib. Ölkədəümumilikdə 113.300 nəfər ölüb ki, bu da əsasən qadınlar arasında1.100 nəfər artım deməkdir.