AZ

Skandal reportaj: Bakı və İrəvanı hədəfə aldılar - VİDEO

Rusiya mediasında Azərbaycana qarşı növbəti təxribat xarakterli material yayımlanıb.

Musavat.com xəbər verir ki, Kremlin nəzarətində olan NTV telekanalında yayımlanan süjetdə Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlik nümayiş etdirilib.

Reportajda işğal dövründən qalma terminologiyadan istifadə olunub və bu da rəsmi Bakının suverenliyinə qarşı növbəti informasiya hücumu kimi qiymətləndirilir.

Hadisə Ermənistan daxilində seçki mühitinin qızışdığı, eyni zamanda ölkənin baş naziri Nikol Paşinyanın Moskvaya səfəri fonunda baş verib.

Süjet boyu ritorika kifayət qədər aqressiv və emosional xarakter daşıyıb, xüsusilə Bakı ilə İrəvan arasında davam edən sülh prosesinə qarşı açıq narazılıq hiss olunub.

Rusiya telekanalında yayımlanan materialda Paşinyan sərt tənqid olunaraq, onun müharibədən sonra regiondakı yeni reallıqları qəbul etməsi Moskvanın təsir imkanlarını zəiflədən faktor kimi təqdim edilib.

Diqqət çəkən məqamlardan biri də süjetin təkcə Azərbaycana deyil, eyni zamanda Ermənistana qarşı da antagonistik xətt üzərində qurulmasıdır. Bu isə Rusiyanın regionda dəyişən geosiyasi balansdan narahatlığını və informasiya müstəvisində təzyiq alətlərini aktivləşdirdiyini göstərir.

Şahanə Rəhimli,
Musavat.com

Seçilən
59
musavat.com

1Mənbələr