AZ

Geyimlərin ilk yuyulmada solmasının səbəbi açıqlandı

Əgər geyimlərinizin rəngi vaxt keçdikcə solursa, bunun səbəbi düşündüyünüzdən çox daha sadə bir vərdiş ola bilər. Hər kəsin doğru bildiyi, lakin əslində yanlış etdiyi bir yuma detalı geyimlərin ömrünü fərqinə varmadan qısaldır.

Milli.Az xəbər verir ki, çox vaxt rənglərin solmasını parça keyfiyyətinə bağlayırıq, lakin əsl səbəb yuma prosesindəki kiçik xətalardır:

Vaxt qazanmaq üçün rəngli və tünd paltarları bir yerdə yumaq, uzun müddətdə rənglərin bir-birinə qarışmasına və matlaşmasına səbəb olur.

Həddindən çox yuyucu tozun daha təmiz nəticə verəcəyi sanılır, lakin əslində bu, parça liflərini aşındırır və rəng piqmentlərini korlayır.

Yüksək dövriyyədə sıxılan geyimlər sürtünməyə məruz qalır, bu da həm fiziki zədələnməyə, həm də rənglərin solmasına gətirib çıxarır.

Geyimlərin tərs çevrilmədən yuyulması xarici səthin birbaşa digər paltarlara və maşının barabanına sürtülməsinə, nəticədə rəngin daha tez itməsinə səbəb olur.

Rənglərin düşməni: İsti su
Ən çox edilən səhv təmizliyin daha yaxşı olacağını düşünərək yüksək temperatur seçməkdir. İsti su rənglərin ən böyük düşmənidir. Xüsusilə tünd rəngli geyimlər isti su ilə yuyulduqda, elə ilk bir neçə dəfədə gözlə görünən solma yaşanır.

Geyimlərinizin ilk gündəki canlılığını qorumaq üçün bu 4 sadə addımı izləyin:

Soyuq su seçin: Mümkün qədər aşağı temperaturda yumaq rəngləri qoruyur.

Tərsinə çevirin: Paltarları mütləq tərs tərəfinə çevirib maşına atın.

Oxşar rəngləri qruplaşdırın: Tündləri tündlərlə, açıq rəngləri isə açıq rənglərlə yuyun.

Zərif proqramdan istifadə edin: Aşağı dövriyyəli və zərif yuma proqramları parçanın ömrünü uzadır.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
16
2
milli.az

3Mənbələr