AZ

Krımda təyyarə qəzası: 29 nəfər öldü

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Krımda Rusiyaya məxsus An-26 hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb və nəticədə göyərtədəki 29 nəfər həlak olub.Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.Təyyarədə 23 sərnişin və 6 heyət üzvü olub.Məlumatda deyilir: "Axtarış-xilasetmə qrupu An-26 təyyarəsinin qəza yerini müəyyən edib. Hadisə yerindən alınan məlumatlara görə, 6 heyət üzvü və göyərtədə olan 23 sərnişin həlak olub".

Qəzanın ilkin səbəbi texniki nasazlıqdır.

Hadisə yerindəki mənbə RİA Novosti-yə bildirib ki, təyyarə qayalığa çırpılıb.

Rusiya Müdafiə Nazirliyinin komissiyası qəza yerində işləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
modern.az

2Mənbələr