AZ

Qalatasaray ın əfsanəsi Rumıniya millisinin baş məşqçisi olacaq

ain.az bildirir, sport24.az portalına istinadən.

Georgi Haci Rumıniya milli futbol komandasının yeni baş məşqçisi olmağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə "Fanatik" məlumat yayıb.

Mənbənin sözlərinə görə, 61 yaşlı mütəxəssis son vaxtlar səhhətində problemlər yaranan Mirça Luçeskunun əvəzləməyə ən real namizəddir. 

Yeni məşqçi ilə bağlı qərar hələ verilməsə də, Hacinin 2026/27 Millətlər Liqası və 2028-ci il Avro seçmə mərhələlərində Rumıniya milli komandasını çalışdıracağı gözlənilir.

O, Rumıniya milli komandasında iş təcrübəsinə malikdir. Rumıniya futbolunun canlı əfsanəsi 2001-ci ildə "sarılar"ı iki oyuna çıxarıb. 

Qeyd edək ki, Hacinin son iş yeri 2025-ci ildə ayrıldığı "Viitorul" olub. O, məşqçi karyerası ərzində "Qalatasaray" və "Bursaspor"u çalışdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
sport24.az

1Mənbələr