AZ

DÇ-2026-nın bütün iştirakçıları müəyyənləşdi

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının bütün qruplarının tərkibi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə baş tutacaq mundialda 12 qrupda yer alacaq komandalar rəqiblərini tanıyıb.

A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Çexiya

B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina

C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti

D qrupu: ABŞ, Avstraliya, Paraqvay, Türkiyə

E qrupu: Almaniya, Ekvador, Fildişi Sahili, Kurasao

F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç

G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya

H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde

I qrupu: Fransa, Seneqal, Norveç, İraq

J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya

K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo Demokratik Respublikası

L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana

Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada baş tutacaq.

Seçilən
42
14
fanat.az

10Mənbələr