AZ

Yaponiya və Koreya istehsalı avtomobil sürənlərə XƏBƏRDARLIQ

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Yaxın Şərqdə baş verənlər region ölkələrin iqtisadiyyatına əsaslı şəkildə təsir edib. Nəzərə alaq ki, həm Fars körfəzi, həm də BƏƏ-nin Dubay şəhəri beynəlxalq daşımalarda mühüm rol oynayır.Təsadüfi deyil ki, Azərbaycan bazarına da bir sıra məhsullar məhz Dubaydan gətirilir. Həmin mallardan biri də avtomobillərin ehtiyat hissələridir.Bəs hazırki vəziyyətdə ehtiyat hissələrinin bahalaşması gözlənilirmi?Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib ki, müharibələr iqtisadiyyata mənfi təsir edən bir faktordur:“Çünki müharibələr özü-özlüyündə cəmiyyətə mənfi tendensiyaları ötürür. Müharibələrin ən böyük zərər vurduğu sahələrdən biri də nəqliyyat dəhlizləridir. Təsadüfi deyil ki, ölkəmiz üçün önəmli olan Dubay marşrutu Yaxın Şərqdə baş verən münaqişə səbəbindən öz rentabelliyini itirib. Bu səbəbdən də Dubay üzərindən Azərbaycana gələn məhsullar qıtlaşıb.

Bu səbəbdən daşıyıcı şirkətlər alternativ marşrutlara baş vururlar. Təbii ki, yeni marşurutlar daha uzun vaxt və daha baha ödəniş tələb edir. Artıq daxili bazarlarda bir sıra idxal mallarının qiymətində bahalaşmanı hiss edirik.

Bahalaşan qiymətlər arasında avtomobillərin ehtiyat hissələri də var.

Məlumdur ki, Yaponiyadan və Cənubi Koreyadan idxal edilən avtomobillər və onların ehtiyat hissələri əsasən Dubay üzərindən daşınır. Son olaylar da bu marşrutu böyük ölçüdə qapadıb. Münaqişə davam edərsə, bəzi avtomobillərin ehtiyat hissələri yaxın günlərdə daha da bahalaşacaq”.Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
bizim.media

2Mənbələr