AZ

İran vətəndaşlarının BƏƏ-yə girişinə qadağa qoyuldu

BAKI, 1 aprel. TELEQRAF

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən böyük aviaşirkəti olan "Emirates" İran vətəndaşlarının ölkəyə girişinə və tranzit keçidinə qadağa qoyulduğunu elan edib.

Teleqraf xəbər verir ki, bu barədə məlumat aviaşirkətin rəsmi saytında yerləşdirilib.

Məlumata görə, "Emirates"in saytında giriş şərtlərini yoxlayan və "vətəndaşlıq" qrafasında "İran" qeyd edən istifadəçilər müvafiq xəbərdarlıqla qarşılaşırlar: "İran vətəndaşlarının BƏƏ-yə daxil olması və ya ölkə hava limanları vasitəsilə tranzit keçid etməsi qadağandır".

Bu qadağa BƏƏ-nin "qızıl viza"sına (iri investorlara və sahibkarlara verilən 5-10 illik yaşayış icazəsi) sahib olan şəxslərə şamil edilmir.

Qərarın səbəbi barədə rəsmi açıqlama verilməyib.

Seçilən
15
teleqraf.com

1Mənbələr