AZ

Niderland şirkəti Yaxın Şərqdəki gərginliyin Azərbaycanda inflyasiya səviyyəsinə təsirləri barədə proqnoz verib

Bakı. Trend:

Azərbaycanın idxalının təxminən yarısı Yaxın Şərqdəki vəziyyətləbağlı inflyasiya risklərinə məruz qalan regionlardan daxil olur ki,bu da ölkədə istehlak qiymətləri indeksinə (İQİ) yüksək riskləryaradır.

Trend bu barədə"ING Group" şirkətinə istinadən xəbər verir.

“2024-cü ildə ultra aşağı inflyasiya dövründən sonra qiymətartımı 2025-ci ilin əvvəlindən etibarən 5–6% diapazonuna qayıdıb vəbu səviyyədə qalmaqdadır. İnflyasiya təzyiqləri həm təklif, həm dətələbat amillərini əks etdirir. 2025-ci ilin göstəriciləriümumilikdə tarixi orta səviyyələrə uyğun olub, lakin 2026-cı ilinəvvəlində kommunal xidmət tariflərinin artırılmasından sonrainflyasiya sürətlənib. 2024-cü ildə inflyasiyanın azalmasının əsashərəkətverici qüvvələri olan ərzaq məhsulları və xidmətlər ovaxtdan etibarən istiqamətini dəyişib, bu da qismən daxili tarifartımları ilə bağlıdır. İdxalın təxminən yarısının Yaxın Şərqləbağlı inflyasiya risklərinə məruz qalan regionlardan daxil olduğununəzərə alsaq, istehlak qiymətləri indeksi artım yönlü risklərləüzləşir. Qiymətləndirməmizə görə, dünya üzrə ərzaq qiymətlərinin10% artması inflyasiya səviyyəsinə təxminən 1,5 faiz bəndi əlavəedəcək”, - deyə hesabatda qeyd olunur.

Bu fonda şirkətin analitikləri bildirirlər ki, ölkəninpul-kredit siyasətinin daha da yumşaldılması üçün imkanlarməhduddur.

“2026-cı ilin yanvarında Azərbaycan Respublikasının MərkəziBankı (AMB) inflyasiyanın 4±2% hədəf diapazonunda olması, xaricimühitin sabitliyi və iqtisadi fəallığın zəifləməsini əsas gətirərəkuçot dərəcəsini 25 baza bəndi azaldaraq 6,50%-ə endirdi. Lakin dahayumşaq fiskal siyasət və bank maliyyələşməsinin azalan, lakin hələdə yüksək səviyyədə qalan dollarlaşması, inflyasiya gözləniləndəndaha çox aşağı düşmədiyi halda, faiz dərəcələrinin daha daendirilməsi imkanlarını məhdudlaşdırır. İstehsalçı qiymətləri dədaxil olmaqla qabaqlayıcı göstəricilər neft qiymətlərinin azalmasıfonunda qiymət təzyiqlərinin müəyyən qədər zəiflədiyini göstərsədə, ərzaq idxalı xərcləri və tələbatla şərtlənən inflyasiya yüksəkolaraq qalır”,-deyə hesabatda vurğulanır.

Qeyd edək ki, 2015-ci ildə İran və 5+1 qrupu arasında İranınnüvə proqramı ilə əlaqədar Hərtərəfli Birgə Fəaliyyət Planı üzrərazılıq əldə olunub və BMT Təhlükəsizlik Şurası 2231 saylıqətnaməni qəbul edib. Bu qətnamə İran əleyhinə tətbiq olunan öncəki6 qətnamələri və İranın nüvə proqramı ilə əlaqədar genişhəcmlisanksiyaların dayandırılması ilə nəticələnib.

2018-də ABŞ sözügedən plandan çıxması ilə İrana qarşısanksiyalar tətbiq edib. İranın mərhələli şəkildə planda nəzərdətutulan məhdudiyyətləri dayandırması digər ölkələr tərəfindənbirmənalı qarşılanmayıb. Nəticədə 28 sentyabr 2025-də İran əleyhinəBMT Təhlükəsizlik Şurasının qətnamələri yenidən bərpa olunub.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 2025-ci ilin may ayındayayımladığı hesabata əsasən, İranın zənginləşdirdiyi uranın həcmi 9247 kiloqram təşkil edib və 60%-dən yuxarı zənginləşdirilən uranınhəcmi isə 408 kiloqramdır.

ABŞ və İran arasında İranın nüvə proqramı ilə bağlı iki dəfəayrı zamanlarda müzakirələr aparılsa da, tərəflər arasında konkretrazılaşma əldə olunmayıb və hər iki müzakirə qarşıdurma ilənəticələnib. Sonuncu olaraq 28 fevraldan etibarən ABŞ və İsrailİrana hərbi hava hücumlarına başlayıb.

Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə vəABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarlahücum edib. Sonradan qarşıdurma daha da genişlənərək Yaxın Şərqinmüxtəlif ölkələrini əhatə edib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Məqalədə:
Seçilən
18
5
az.trend.az

10Mənbələr