AZ

WSJ: BƏƏ İranla müharibəyə qoşulan ilk Körfəz ölkəsi ola bilər...

Əmirliklər Hörmüz boğazı ilə bağlı hərbi koalisiya ideyasını irəli sürür, BMT-də səsvermə gözlənilir...

Poliqon xəbər verir ki, “The Wall Street Journal” nəşrinin məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranla qarşıdurma fonunda Fars körfəzində müharibəyə qoşulan ilk ölkələrdən biri ola bilər. Bildirilir ki, Əmirliklər BMT Təhlükəsizlik Şurasında Hörmüz boğazının güc yolu ilə blokadadan çıxarılmasına icazə verən qətnamənin qəbulunu fəal şəkildə lobbiləşdirir.

Məlumata əsasən, BƏƏ diplomatları ABŞ-ni, həmçinin Avropa və Asiya ölkələrini bu məqsədlə hərbi koalisiya yaratmağa çağırır. Təklif olunan plan Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunması və enerji marşrutlarının bərpasını hədəfləyir.

Bununla yanaşı, Əmirliklər ABŞ-ni strateji əhəmiyyətə malik adaların, xüsusilə İranın təxminən yarım əsrdir nəzarət etdiyi Əbu-Musa adasının ələ keçirilməsinə çağırıb. Qeyd olunur ki, BƏƏ bu ada üzərində suverenlik iddiasını davam etdirir.

Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri də mövcud qarşıdurmanın İranın hazırkı rejimi zəifləyənə və ya dəyişənə qədər davam etməsində maraqlıdır. Bu isə regionda gərginliyin daha da artacağına işarə edir.

Eyni zamanda, BMT Təhlükəsizlik Şurasında müvafiq qətnamənin təşəbbüskarı kimi Bəhreyn çıxış edir. Qeyd edilir ki, səsvermənin aprelin 2-də keçirilməsi gözlənilir. Xatırladaq ki, Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasının bazası yerləşir və bu da regionda hərbi balans baxımından mühüm faktor hesab olunur.

Ekspertlər bildirirlər ki, belə bir qətnamənin qəbul edilməsi və hərbi koalisiyanın formalaşdırılması Yaxın Şərqdə münaqişənin daha geniş miqyas almasına səbəb ola bilər.

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr