DÇ-2026-ya vəsiqə qazana bilməyən İtaliya millisi antirekorda imza atıb.
QOL.az xəbər verir ki, dördqat dünya çempionu tarixində ilk dəfə ardıcıl 3 mundialdan kənarda qalıb.
Cennaro Qattuzonun komandası pley-off mərhələsinin finalında Bosniya və Herseqovinaya uduzub - 1:1 (penaltilər - 1:4).
Qeyd edək ki, İtaliya millisi sonuncu dəfə 2006-cı ildə dünya çempionu olub. Ancaq son 3 mundialın seçmə mərhələsində uğurlu çıxış edə bilməyərək final mərhələsindən kənarda qalıb.