AZ

Rubiodan tərs sual: ABŞ niyə NATO-da qalmalıdır?..

Vaşinqton alyansın ABŞ üçün faydasını yenidən qiymətləndirə bilər, hərbi bazalar məsələsi müzakirə mövzusudur...

Poliqon xəbər verir ki, ABŞ-nin dövlət katibi Marko Rubio NATO-nun ölkəsi üçün strateji əhəmiyyətinin yenidən nəzərdən keçirilə biləcəyini bəyan edib. O, alyansın hazırkı fəaliyyət mexanizminin Vaşinqtonun maraqlarına nə dərəcədə uyğun gəldiyi ilə bağlı suallar qaldırıb.

Rubio bildirib ki, ABŞ NATO çərçivəsində Avropadakı hərbi bazalardan istədiyi kimi istifadə edə bilmirsə, bu halda alyansın dəyəri sual altına düşür. Onun sözlərinə görə, NATO yalnız Avropanın müdafiəsi üçün deyil, eyni zamanda ABŞ-nin milli təhlükəsizliyini təmin etmək məqsədilə Avropada hərbi mövcudluğunu gücləndirməsi üçün yaradılıb.

Dövlət katibi vurğulayıb ki, əgər alyans ABŞ üçün birtərəfli öhdəliklər yaradırsa və Vaşinqton öz maraqlarını qorumaq üçün həmin bazalardan istifadə etmək imkanına malik deyilsə, bu vəziyyət “bir tərəfli küçə”yə bənzəyir.

Analitiklər hesab edirlər ki, bu cür bəyanatlar NATO daxilində münasibətlərin yenidən formatlaşdırılması ehtimalını gündəmə gətirir. ABŞ-nin alyansdakı rolu və Avropa ölkələri ilə hərbi əməkdaşlıq mexanizmləri yaxın dövrdə daha geniş müzakirə oluna bilər.

Qeyd olunur ki, bu açıqlama həm də Vaşinqtonun xarici və təhlükəsizlik siyasətində daha praqmatik yanaşmaya üstünlük verdiyini göstərir.

Poliqon.info

Seçilən
41
50
poliqon.info

10Mənbələr