Ukrayna Nikolayev vilayətində atom elektrik stansiyaları üçün nüvə yanacağı istehsalı kompleksi tikməyi planlaşdırır.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Milli Nüvə Enerjisi İstehsalı Şirkəti – “Energoatom” məlumat yayıb.
Şirkətin açıqlamasında deyilir: “Bu, yerli nüvə enerjisi sənayesinin tarixində yeni bir fəsil açan strateji bir qərardır. Bu, Cənubi Ukrayna şəhər ərazi icmasında Ukrayna nüvə elektrik stansiyaları üçün yanacaq yığımlarının istehsalı üçün müasir texnoloji kompleksin tikintisi ilə bağlıdır".
Kompleks Amerikanın “Westinghouse” şirkətinin texnologiyası ilə idarə olunacaq. Nazirlər Kabineti tikintini təsdiqləyib, lakin hələlik tikintinin başlama tarixi açıqlanmayıb.