AZ

Krımda An-26 təyyarəsinin qəzasında 29 nəfər həlak olub

Rusiyanın ilhaq etdiyi Krım üzərində planlaşdırılan uçuş zamanı An-26 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində altı ekipaj üzvü və 23 sərnişin həlak olub.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, təyyarə ilə əlaqə 31 mart axşamı, saat 18:00 radələrində kəsilib.

Nazirlik bildirib ki, "Axtarış-xilasetmə qrupu An-26 təyyarəsinin qəza yerini müəyyən edib. Hadisə yerindən alınan məlumatlara görə, təyyarədə olan altı ekipaj üzvü və 23 sərnişin həlak olub". Qeyd olunub ki, "təyyarəyə heç bir kənar təsir olmayıb".

Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, "qəzanın ilkin səbəbi texniki nasazlıqdır".

Rusiya KİV-ləri təyyarənin qayaya çırpıldığını yazıb.

 

Seçilən
24
herbiand.az

1Mənbələr