AZ

NATO qırıcıları mart ayında Rusiya hərbi təyyarələrini 19 dəfə müşayiət edib- ÖZƏL 

Olaylar.az xəbər verir ki,  Litva Müdafiə Nazirliyinin məlumatına görə, mart ayında Litvanın Zoknyai hava bazasında rotasiya qaydasında yerləşən NATO qırıcı təyyarələri Baltikyanı respublikanın hava məkanı yaxınlığında Rusiya hərbi təyyarələrini 19 dəfə müşayiət edib.
"İlk müşayiət missiyası 4 martda baş tutub. Bu, kontinental Rusiyadan Kalininqrad bölgəsinə uçan AN-26 təyyarəsi idi. Daha sonra qırıcı təyyarələr həftədə üç-altı dəfə havaya qalxıb", - deyə açıqlamada bildirilir.
Hava müşayiəti proseduru adi nəzarət tədbiridir. NATO qüvvələri dekabr ayında 13 dəfə, yanvar ayında 7 dəfə və fevral ayında yenidən 13 dəfə buna əl atıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
25
olaylar.az

1Mənbələr