AZ

ABŞ və İsrail İran universitetlərini vurur: Bu, müharibə cinayətidir

Yazını böyüt
Yazını kiçilt

Son günlər İrandakı universitetləri və elmi tədqiqat mərkəzlərini hədəf alan bir sıra hücumlar olub. İran Elm Nazirliyi bildirir ki, İsrail və ABŞ-ın 28 fevraldan bəri apardığı müharibədə ən azı 21 universitetə ​​ziyan dəyib. Tehran iddia edir ki, bu əməliyyatlar İranın elmi və mədəni qurumlarını zəiflətmək məqsədi daşıyır.

Hafta.az yazır ki, Oksford Universitetində qlobal təhlükəsizlik dərsi verən Janina Dill CNN-ə deyib:

“Universitetlər adətən mülki infrastruktur hesab olunur və hərbi məqsədlər üçün istifadə edilmədiyi təqdirdə onlara birbaşa hücum etmək müharibə cinayəti sayıla bilər. Amma universitet binalarında silah saxlamaq və ya hücum planlaşdırmaq onları qanuni hərbi hədəfə çevirə bilər. Lakin, sadəcə elmi və tədqiqat fəaliyyətləri aparmaq, bu binaları hərbi strukturlar hesab etmək üçün ümumiyyətlə kifayət deyil”.

İsrail ordusu iddia edir ki, İran universitet binalarında silahlar hazırlanır və onlar kampuslardakı hərbi infrastrukturu hədəfə alırlar.

İsrailin Baş naziri Benyamin Netanyahu da vurğulayır ki, o, bu əməliyyatları İran nüvə alimlərinin öldürülməsi ilə eyni şəkildə görür.

Tehran Universitetinin əməkdaşı Mənuçehr Moradi hücumların bu iddialardan daha da irəli getdiyini bildirib və dünya akademik ictimaiyyətini reaksiya verməyə çağırıb: "Universitetlər düşüncə və dialoq mərkəzləridir. Bu məkanlara qarşı hər hansı bir zorakılıq və ya təhdid milli tərəqqinin və insan ləyaqətinin təməllərinə hücum kimi qəbul edilməlidir".

CNN, İranın yeni akademik təqviminin aprelin əvvəlində başlayacağını qeyd edərək, adı açıqlanmayan bir iranlının "Universitetlər boşdur, buna görə də insanlar soruşurlar: "Sətrin altında nə var, ballistik raketlər istehsal edirlər?" Onlar qorxurlar".

Xatırladaq ki, bazar ertəsi günü Tehranda həftəlik mətbuat konfransı keçirən İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Beqai, ölkədəki universitetlərə və bəzi media orqanlarına edilən hücumları belə şərh edib: "Hitlerin digər ölkələrə qarşı müharibəsində belə, humanitar qanun bu dərəcədə tapdalanmayıb".

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) əvvəllər onlara qarşı edilən hücumlardan sonra ABŞ və İsraillə əlaqəli bölgədəki universitetləri "qanuni hədəflər" hesab edəcəklərini açıqlamışdı.

28 martda Tehranda Elm və Texnologiya Universitetinə edilən hücumdan sonra açıq şəkildə bir bəyanat yayımlandı: "Amerika-sionist qüvvələri Elm və Texnologiya Universiteti də daxil olmaqla İran universitetlərini dəfələrlə bombalayıblar. Ağ Evin ehtiyatsız liderləri bilməlidirlər ki, bundan sonra işğalçı rejimin bütün universitetləri və Qərbi Asiyadakı Amerika universitetləri İran universitetlərinin dağıdılmasına qarşı qisas olaraq qanuni hədəf hesab ediləcəklər".

CNN, müharibənin başlaması ilə Yaxın Şərqdəki bir çox məktəbin onlayn təhsilə keçdiyini xatırladaraq, İranın cavab təhdidlərinin Livan və Körfəz Ərəb ölkələrində ali təhsili pozduğunu da bildirir.

Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Livandakı ABŞ-a bağlı universitetlərin kampuslarını tamamilə bağladığı bildirilir.

Seçilən
70
50
hafta.az

10Mənbələr