Argentina hökuməti İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) rəsmi olaraq terror təşkilatları siyahısına daxil edib.
NOCOMMENT.az xəbər verir ki, yeni qərar SEPAH-a qarşı sərt maliyyə sanksiyalarının tətbiqinə və korpusun qlobal fəaliyyətinə qarşı əlavə əməliyyat məhdudiyyətlərinin qoyulmasına hüquqi zəmin yaradır.
rəsmi Buenos-Ayres bu kəskin addımı SEPAH-ın 1994-cü ildə Argentina paytaxtında törədilən qanlı terror aktında birbaşa əli olan Livan “Hizbullah”ına verdiyi davamlı dəstəklə əsaslandırıb.
Argentina tərəfinin bəyanatında xüsusi vurğulanır ki, SEPAH-ın hazırkı baş komandanı Əhməd Vəhidi AMIA mərkəzinə edilən hücumu planlaşdırmaqda və idarə etməkdə ittiham olunan əsas şəxslərdən biridir.
Xatırladaq ki, 1994-cü il iyulun 18-də Buenos-Ayresdə yəhudi icmasına məxsus AMIA binasının partladılması nəticəsində 85 nəfər həyatını itirmiş, 300-dən çox insan isə yaralanmışdı. Bu qərarla Argentina onilliklər öncə baş vermiş faciəyə görə İranın hərbi elitasına qarşı rəsmi hüquqi müstəvidə ən sərt mövqeyini nümayiş etdirmiş oldu.
Sara
NOCOMMENT.az